Azərbaycan banklarının "Black Friday" endirimləri - SİYAHI | Banco.az

Azərbaycan banklarının "Black Friday" endirimləri - SİYAHI

Azərbaycan bankları "Black Friday" endirim günü münasibəti ilə öz kampaniyalarını açıqlayıblar.

Bankların noyabrın 29-dan başlayan kampaniyalarını təqdim edirik. "Black Friday" kampaniyaları “AFB Bank”, “Bank BTB”, “Bank of Baku”, “Bank Respublika”, “Rabitəbank”, “Unibank”, “Expressbank” banklarına aiddir.

“AFB Bank” 29.11.2019-cu il tarixində, yalnız 1 gün bütün filiallarında “Nağd pul krediti” məhsulu çərçivəsində illik faiz dərəcəsinə 5% endirim və 0 % komissiya ilə kampaniya keçirəcəkdir.

 Xatırladaq ki, Nağd pul kreditinin müddəti 3 aydan 48 ayadəkdir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.

“Bank BTB” 25-29 noyabr tarixləri arasında kredit məhsulları üzrə 30.000 AZN-dək təklif olunan Mikro və Nağd pul kreditlərini müştərilər 48 ayadək, illik faiz dərəcəsinə 5%, rəsmiləşdirmə komissiyasına 50% endirim olmaqla əldə edə biləcəklər. Bundan əlavə, 5000 AZN-dək zaminsiz təklif olunan kreditlərdə heç bir sığorta xərci yoxdur.

Həmçinin, kart məhsulu üzrə Bank BTB hüquqi şəxslərə Boss Card məhsulunu xüsusi şərtlərlə təklif edir. Belə ki, bank son 3 ayda orta aylıq dövriyyəsi 30.000 AZN və daha yuxarı olan müştərilərə 10.000 AZN-dək overdraft (hesabda kifayət qədər vəsait olmadıqda, müəyyən limit çərçivəsində mənfiyə çıxmaq) və 15 gün güzəşt müddəti imkanını yaradır. 36 ay müddətinə təklif olunan kartlar üçün heç bir ödəniş tələb olunmur, üstəlik İnternet Bankinq, Mobil Bankinq xidmətləri də pulsuzdur. Kart vasitəsilə həmçinin, müştərilər hesaba asanlıqla nəzarət edə və 7/24 konvertasiya imkanlarından faydalana bilərlər.

Qeyd edək ki, kampaniya tarixləri müddətində müraciət etmək kifayətdir ki, müştərilər cari ilin sonunadək təklif olunan şərtlərdən yararlana bilsinlər.

“Bank Respublika” dekabr ayının 1-dək (daxil olmaqla) müraciət edən müştərilərə nağd istehlak kreditləri və eləcə də kredit xəttləri 0% KOMİSSİYA İLƏ təklif olunacaq.

4 gün davam edəcək kampaniya çərçivəsində “Bank Respublika”nın rəsmi saytından və facebook səhifəsindən Nağd pul kreditlərini onlayn sifariş edən müştərilər illik faiz dərəcəsində 20% ENDİRİM əldə edə biləcək.

“Rabitəbank” 29 noyabr tarixində, yalnız bir gün Rabitəbankın 24/7 filialında Yaşıl və Premium Kartmane kartı üçün müraciət edən ilk 100 müştərilərə 50 manat cashback hədiyyə ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Özündə çoxlu sayda üstünlükləri toplayan və unikal Kartmane kartı ilə, müştərilərimiz istənilən YDM-lərdən 10%-ə dək, bütün kafe və restoranlardan 5%, partnyor şəbəkələrindən 30%-ə dək cashbask əldə edə biləcəklər. Həmçinin, kartdakı pul qalığına 6%-ə qədər gəlir əldə edə biləcəklər və istənilən zaman kartlarından pulu heç bir əmanət cəriməsi ödəmədən nağdlaşdıra biləcəklər. Daha bir unikal üstünlük isə, ölkənin bütün ATM-lərindən nağdlaşdırmanın tamamilə pulsuz olmasıdır.

Həmçinin Premium Kartmane sahiblərinə, ölkə xaricində müəyyən miqdarda nağdlaşdırma pulsuz, POS-terminal ödənişlərində konvertasiya pulsuz və hava limanlarında biznes lounge-lara pulsuz giriş mümkün olacaqdır.

Qeyd: Nağdsız dövriyyə həcmi 250 AZN təşkil olunduğu halda, 50 AZN cashback müştərinin hesabına əlavə edilir.

"Rabitəbank" “Black Friday” günləri ilə bağlı 28, 29, 30 noyabr tarixləri arasında götürülən Nağd Pul kreditinə tam 5% endirim təklif edir! İndi illik cəmi 16% ilə kredit əldə edə bilərsiniz!

Kreditin maksimal məbləği: 15 000 AZN

Zaminə dair tələb: 10 000 AZN Zaminsiz

Maksimal müddət: 36 ay

Komissiya: 1%

Müştərilər 28, 29 Noyabr tarixlərində bütün bank filiallarında, 30 Noyabr tarixində isə 24/7 Nəsimi filialımızda saat 22.00-a dək kredit əldə edə biləcəklər.

Qeyd edək ki, kampaniya müddətində 29 Noyabr tarixinədək Bakı, Sumqayıt və Gəncə filiallarından iş rejimi saat 20.00-dək uzadılacaqdır.

“Unibank” bu günlərdə Unibank Mobile-da etdiyin ödənişlərə görə bonuslar 2 qat hesablayacaq.

“Expressbank”-ın plastik kartlarıyla ExpressClub tərəfdaşlarından alış-veriş edənlərə, həm mağazanın təklif etdiyi endirim və bonuslardan yararlanmaq, həm 30%-dək cashback əldə etmək imkanı verir.
https://www.expressbank.az/cards linkə keçid alaraq, istədiyiniz debit karta sahib ola bilərsiniz!

fed.az