Azərbaycan banklarının aktivləri 7%-dək artıb | Banco.az

Azərbaycan banklarının aktivləri 7%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-fevral aylarında ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 48,735.7 mln. manat, cəmi öhdəlikləri 42,548.4 mln. manat, balans kapitalı 6,187.3 mln. manat olub.  

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bunlar 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 3 milyard 27 milyon manat (6,6%), 2 milyard 576 milyon manat (6,4%) və 451 milyon manat (7,9%) çoxdur. 

Fevral ayında bankların cəmi aktivləri 1,1%, сəmi öhdəlikləri 1,4% azalıb, balans kapitalı isə 0,6% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram