Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana 98 milyon 654 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 9 milyon 513 min dollar və ya 10,7% artıb.
Ötən ilin eyni dövründə ölkəyə 89 milyon 141 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, 8 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,77% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!