Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-may aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 62 mln. 945 min manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 60% və ya 23,6 mln. manat çoxdur.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 9% və ya 3 mln. 159 min manat artaraq 39 mln. 101 min manata çatıb.
Əlavə edək ki, cari ilin 5 aylıq dövründə icbari avto-sığorta üzrə zərərlilik 32% azalıb. Belə ki, bu ilin yanvar-may aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 62 manatını ödənişə yönəldiblər. 2022-ci ilin ilk 5 ayında isə bu göstərici 91.4 manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!