Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-iyun aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 76 mln. 874 min manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 58,6% və ya 28,4 mln. manat çoxdur.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 11,3% və ya 4 mln. 719 min manat artaraq 46 mln. 493 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!