Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-iyul aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 92 mln. 644 min manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 56,6% və ya 33,5 mln. manat çoxdur.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 11,4% və ya 5 mln. 810 min manat artaraq 56 mln. 655 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!