Avtomobil sığortasında artım davam edir | Banco.az

Avtomobil sığortasında artım davam edir

Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.

2019-cu ilin yanvar-iyul dövründə (7 ayda) sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 19 milyon 332 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 368 min manat və ya 29,2% çoxdur. 2019-ci ilin yanvar-iyul dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 14 milyon 964 min manat sığorta haqları hesabalanmışdı.

Ən sərfəli kredit üçün müraciət et

 

ÖDƏNİŞLƏR DƏ ARTIB

2018-ci ilin 7 ayı ilə müqayisədə 2019-cu ilin 7 ayında könüllü avtomobil sığortası üzrə ödənişlər 1 milyon 703 min manat və ya 33,5% çox olub. 2018-ci ilin 7 ayında 5 milyon79 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 6 milyon 782 min manat təşkil edib.

Marja