Avropada idxal həcmi azalıb | Banco.az

Avropada idxal həcmi azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada fevral ayında 23,6 milyard avro xarici ticarət kəsiri yaranıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) fevral ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın beynəlxalq ticarət məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, fevral ayında Aİ-nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq 210,6 milyard avro, idxalı isə 9 faiz azalaraq 188,5 milyard avro hesablanıb.

Sözügedən ayda xarici ticarət kəsiri 22,1 milyard avro təşkil edib.

Avrozonada isə ixrac fevral ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artaraq 235 milyard avroya çatıb. Bu dövrdə idxal 8,4 faiz azalaraq 211,4 milyard avroya düşüb. Beləliklə, Avrozonanın ticarət kəsiri fevralda 23,6 milyard avro olaraq qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə Aİ ölkələrindən ən çox idxal edən ölkə 42,3 milyard avro ilə ABŞ olub. Aİ ölkələrinə ən çox ixracı isə 37,5 milyard avro ilə Çin reallaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et