Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) bazar proqnozlarına uyğun olaraq 5 ildən sonra ilk dəfə faiz endirimi edib.

Banco.az xəbər verir ki, bu barədə ECB-nin pul siyasəti qərarı ilə bağlı bəyanatında deyilir.

Bildirilib ki, bank yenidən maliyyələşdirmə, depozit və marjinal maliyyələşdirmə dərəcələrini 25 bənd aşağı salaraq, müvafiq olaraq 4,25, 3,75 və 4,50 faizə endirib.

Beləliklə, pul siyasəti ilə bağlı ilin dördüncü iclasında 2016-cı ilin mart ayından həm yenidən maliyyələşdirmə dərəcəsi, həm də marjinal maliyyələşdirmə dərəcəsi, 2019-cu ilin sentyabr ayından isə depozit dərəcəsi üzrə ilk endirim həyata keçirilib.

Xatırladaq ki, 2019-cu ilin sentyabr ayında ECB depozit faizini mənfi 0,5 faizlə rekord aşağı səviyyəyə endirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ECB-nin faiz endirimi qərarı dönüş nöqtəsi olmaqla yanaşı, bankın ABŞ Federal Ehtiyat Sistemindən (FED) əvvəl hərəkətə keçərək faiz dərəcələrini aşağı salması diqqət çəkib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et