Avropa Mərkəzi Bankı faiz dərəcəsini mərhələli şəkildə aşağı salacaq | Banco.az

Avropa Mərkəzi Bankı faiz dərəcəsini mərhələli şəkildə aşağı salacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsini mərhələli şəkildə azaltması gözlənilir.

Banco.az xəbər verir ki, iqtisadçıların fikrincə, ECB iyun ayından etibarən faiz dərəcələrini tədricən və sabit şəkildə azaldacaq.

“Bloomberg” nəşrinin anket sorğusunda iştirak edən iqtisadçıların median proqnozuna görə, ECB-dən hər rüb üzrə faiz endirimi gözlənilir.

Belə ki, iqtisadçılar hazırda rekord yüksək səviyyədə olan 4 faizlik depozit faizinin 2025-ci ilin sonuna kimi 2,25 faizə düşəcəyini düşünürlər. Demək olar ki, bütün iqtisadçılar faiz endirimlərinin iyun ayından etibarən başlayacağı ilə həmfikirdirlər.

Ancaq ECB prezidenti Kristin Laqardın müəyyən bir xətt üzrə davam edəcəklərini vəd etməməsi proqnozların da dəyişməsinə səbəb olur. “Dekabank” iqtisadçısı Kristian Toedtmannın fikrincə, ECB üzvlərinin iqtisadi göstəricilərə baxışı baxımından ortaq bir anlayışları mövcud deyil.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram