Müəllif: Gülnar Əhmədli, Banco.az
Avro Avropa İttifaqının (Aİ) rəsmi pul vahididir və Avropa qitəsində yaşayan təxminən 350 milyon insanın istifadə etdiyi ümumi valyutadır.
Banco.az xəbər verir ki, dünyada ehtiyat valyuta kimi ABŞ dollarından sonra ən çox istifadə edilən ikinci valyuta olan avro Avropa Mərkəzi Bankı (ECB) tərəfindən çap olunur.
Bəs neçə ölkə avrodan istifadə edir?
Avropada rəsmi valyuta kimi avrodan istifadə edən 24 ölkə var. Bu ölkələrdən 20-i Avropa İttifaqının (Aİ) üzvü olduğu halda, 4-ü (Andorra, Monako, San Marino və Vatikan) Avropa İttifaqının üzvü deyil. Aİ-nin bütün üzv dövlətləri də hazırda Avrozonaya daxil deyil. Avrozonada olmayan digər Aİ üzvü ölkələr iqtisadi kriteriyalara cavab verdikdən sonra Avrozonaya daxil olmalıdırlar. (Danimarka istisna olmaqla).
Həmçinin oxu:
Ən dəyərli valyutalar hansılardır? - Siyahı
Ən dəyərsiz valyutalar hansılardır? - Siyahı
Avrodan istifadə edən Aİ-i üzvü ölkələr aşağıdakılardır:
- Almaniya
- Avstriya
- Belçika
- Estoniya
- Finlandiya
- Fransa
- Niderland
- Xorvatiya
- İrlandiya
- İspaniya
- İtaliya
- Kipr
- Latviya
- Litva
- Lüksemburq
- Malta
- Portuqaliya
- Slovakiya
- Sloveniya
- Yunanıstan
Qeyd edək ki, bu ölkələrlə yanaşı valyutalarını avroya sabitləyən ölkələr də var. Monteneqro və Kosovo isə Aİ ilə müqavilə imzalamadan avrodan istifadə edirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!