“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub.
Belə ki, Kazımov Tahir İslam oğlu “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.
Tahir Kazımov “Atəşgah” Sığorta Şirkətində peşəkar fəaliyyətinə 1998-ci ildə başlamış və müxtəlif vəzifələri icra etmişdir.
İxtisasca riyaziyyatçı olan T. Kazımov S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakultəsini uğurla bitirmişdir.