ASB Bank Azərbaycan 31 mart 2018-ci il tarixinə maliyyə göstəricilərini açıqlayıb.
Sözügedən tarixə bankın cəmi aktivləri 904,996 mln. manat təşkil edib. Bu isə ötən ilin son rübü ilə müqayisədə 4,3% azdır. Bankın aktivlərinin 7,509 mln. manatı nağd vəsaitlər, 5,193 mln. manatı Mərkəzi Bankda müxbir hesabdakı məbləğ, 15,652 mln. manatı digər banklarda müxbir hesablardakı məbləğlər, 594,709 mln. manatı isə banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərdir.
Bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 270,726 mln. manat olub ki, bu da 2017-ci ilin 31 dekabr göstəriciləri ilə müqayisədə 9,4% azdır.
Bankın cari ilin ilk rübündə cəmi öhdəlikləri 813,284 mln. manat olub. Cəmi öhdəliklərin 586,288 mln. manatını isə bankda yerləşdirilmiş depozitlər təşkil edib.
Cari ilin birinci rübündə ASB Bank-ın cəmi kapitalı 91,713 mln. manat olub.
MƏNFƏƏTDƏDİR
İlin ilk 3 ayında əməliyyat mənfəəti 2,064 mln. manat olan bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına vəsait ayırmayıb. 375 min manat mənfəət vergisi ödədikdən sonra ASB Bank, 2018-ci ilin 31 martını 1,689 mln. manat xalis mənfəətlə başa vurub.