Argentina Mərkəzi Bankı gözlənilməz faiz qərarı verib | Banco.az

Argentina Mərkəzi Bankı gözlənilməz faiz qərarı verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Argentina Mərkəzi Bankı gözlənilməz qərar verib.

Banco.az xəbər verir ki, Argentina Mərkəzi Bankı paralel bazarlarda pesonun ABŞ dolları qarşısında möhkəmlənməsi davam edərkən, qanunvericilərin aylıq inflyasiyanın soyumasını nəzərə alması səbəbindən faiz dərəcəsini 100 faizdən 80 faizə endirib.

Monetar qurum ölkədə illik inflyasiyanın 250 faizdən çox olmasına baxmayaraq, bazar ertəsi axşam saatlarında sözügedən qərarını açıqlayıb.

Qeyd edək ki, Argentinanın Statistika İnstitutu fevral ayı üzrə inflyasiya göstəricilərini çərşənbə axşamı (bu gün) dərc edəcək. İqtisadçılar istehlak qiymətlərindəki artımın yanvardakı 21 faiz, dekabrdakı 26 faizdən azalmağa davam edərək ay ərzində 15 faiz səviyyələrində olacağını gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, illik inflyasiyanın 280 faizi ötməsi ehtimalı yüksəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram