Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Neft Fondunun (ARDNF) ötən ilin 31 dekabr tarixinə istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 68,1%-i AAA reytinqli olub.
Banco.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Məlumata görə, Fondun istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 16,6%-i AA, 8,6%-i A, 6,5%-i BBB, 0,2%-i qeyri-investisiya reytinqli olub.
2022-ci ilin eyni dövründə istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 73,7%-i AAA, 14,8%-i AA, 8%-i A, 2,8%-i BBB, 0,6%-i qeyri-investisiya reytinqli olub.
Bizi sosial şəbəkələrdən izləyin!!