"Apple"da qadınlar, yoxsa kişilər daha çox qazanır? | Banco.az

"Apple"da qadınlar, yoxsa kişilər daha çox qazanır?

Tanınmış texnologiya nəhəngi Apple şirkəti maraqlı məlumat yayımlayıb. 

Şirkət qadın işçilərinin kişilərə nisbətən 26 faiz az qazandığını açıqlayıb.

Böyük Britaniyadakı Apple ofisi bu ölkədə və Avropada olan işçiləri arasında gəlir bərabərsizliyini əks etdirən yeni bir hesabat dərc edib.

Araşdırmanın şirkətin Böyük Britaniyadakı üç ofisindəki işçiləri əhatə etdiyini nəzərə alsaq, qadınların kişilərə nisbətən orta hesabla 5 faiz az qazandığını deyə bilərik. Ümumi olaraq isə bu göstərici 26 faizdir. 

Ən sərfəli kredit üçün müraciət et

İşçilər arasında ən böyük gəlir bərabərsizliyi isə Apple (UK) Ltd. şirkətində müşahidə edilib. 

Apple isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, şirkət işçilərinin bərabərliyini təmin etmək üçün ciddi səylər göstərir.

Məlumata görə, Apple 2014-cü ildən etibarən yeni işə aldığı əməkdaşlarda qadınlara daha çox üstünlük verir.

FED.az