"Apple" və "Samsung" şirkətləri arasındakı münaqişə və rəqabət bitmək bilmir. Martın 31-də "Apple" və "Samsung" şirkətinin yeni məhkəməsi öz işinə başlayacaq. Lakin bu dəfə məhkəmə çox mürəkkəb olacaq.
Belə ki, 31 martda iki məhkəmə işi eyni vaxtda paralel olaraq başlayacaq. 5 patent hüququnun pozulmasını iddia edən "Apple" şirkəti "Samsung" şirkətini məhkəməyə verib. Həmiçinin buna cavab olaraq, "Samsung" şirkəti də yeni "iPhone" və "iPad" modellərində "Samsung" şirkətinin 3 patent hüququnun pozulduğunu iddia edərək "Apple" şirkətini məhkəməyə verib.
Hər iki şirkətin bir-birini məhkəməyə verməsi mütəxəssislərin marağına səbəb olub. "Apple" şirkəti isə patent hüquqlarını pozduğuna görə "Samsung" şirkətinə hər model üçün 40 dollar məbləğində cərimə tətbiq etmək niyyətindədir.
Mənbə: deyerler.org