AIDS ilə mübarizə üçün yaradılan (RED) fondu, Apple-dan böyük bir kömək əldə etdi. Apple-nin qırmızı rəngli məhsullarından əldə etdiyi gəlirin bir hissəsini bu fond üçün yığırdı və (RED) fondu keçdiyimiz gün bu miqdarı Twitter vasitəsilə açıqladı.
Apple-nin qırmızı rəngli məhsullarından əldə edilərək (RED) fonduna bağışlanan pul 70 milyon dolları keçdi. Pulun hamısının AIDS ilə döyüşmək üçün xərcləndiyini bildirən (RED) fondu, qırmızı rəngli Apple məhsulu alan hər kəsə Twitter vasitəsilə təşəkkür etdi.
Günel Abduraxmanova / Banco.az