Müəllif: Gülnar Əhmədli, Banco.az
"Android"in loqosu (və ya talismanı) kimi tanınan yaşıl robot İrina Blok adlı dizayner tərəfindən "Android"in təkmilləşdirilməsi zamanı ortaya çıxıb. Birinci mərhələdə komandanın ideyası yaşıl robotu tərtibatçıların istifadə etməsi üçün sadəcə bir loqo kimi düşünmək idi. Lakin layihə dərc edildikdən sonra adi istifadəçilər kiçik yaşıl robotu tərtibatçılardan daha çox bəyəndilər. Müştərilərinin hisslərinə əsaslanaraq "Google" planın əksinə olaraq "Android" robotundan rəsmi loqo kimi istifadə etmək qərarına gəlib. Bəs bu loqodakı robot maskotunun adı nədir?
Banco.az xəbər verir ki, robotun maraqla gözlənilən adı açıqlanıb.
Belə ki, ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilən "Consumer Electronics Show" və ya qısaca CES sərgisində texnologiya nəhəngi "Google" robotun adını açıqlayıb.
Bir çox insanlar loqoda bu robot maskotunu sadəcə olaraq "robot" adlandırsa da, bəziləri onu "bugdroid" adlandırır. Bu kimi bir çox adlar da var. "Google" sərgidəki bəyanatında uzun illərdir davam edən bu mübahisəyə son qoyaraq "Android" loqosunda robot maskotun adı üçün "The Bot" ifadəsini istifadə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!