Android istifadəçiləri sürücülük və ya şəxsiyyət vəsiqəsi daşımağa ehtiyac duymayacaqlar | Banco.az

Android istifadəçiləri sürücülük və ya şəxsiyyət vəsiqəsi daşımağa ehtiyac duymayacaqlar

Sürücülük və ya şəxsiyyət vəsiqənizi evdə unutmağınız artıq problem yaratmayacaq. Telefonlar mobil ödəniş həlli sayəsində kredit kartı daşımaq ehtiyacını ortadan qaldırdığı kimi bu dəfə “Android” şəxsiyyət vəsiqəsi xidməti ilə gündəmə gəlib.

Qualcomm” təqdim etdiyi 5G texnologiyasını dəstəkləyən “Snapdragon 865” və “Snapdragon 765” prosessorları ciddi maraq doğurub. Bundan başqa, hər iki prosessorun “Android Identity Credential” – Şəxsiyyət vəsiqəsi məlumatı İdentifikasiyası dəstəyi var.

“Google” və “Qualcomm” arasındakı bu həyəcanverici iş birliyi, birincinin mobil əməliyyat sisteminin növbəti versiyası “Android R”də təqdim olunacaq elektron şəxsiyyət vəsiqəsi xüsusiyyəti ilə böyük üstünlüyü əldə edəcək.

Şirkət rəsmiləri bu identifikasiyanın necə işlədiyini açıqlamırlar. Ancaq bu ilin əvvəlində telefonlar üçün mobil sürücülük vəsiqəsi standartı üzərində iş getdiyi ortaya çıxmışdı. Belə çıxır ki, yaxın gələcəkdə ölkələrlə aparılacaq danışıqlardan sonra “Android” istifadəçiləri şəxsiyyət və ya sürücülük vəsiqəsi daşımaq məcburiyyətində qalamayacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Hər iki şirkətin nümayəndələri sözügedən texnologiyaya uyğunlaşmanın vaxt alacağını dilə gətirirlər. Hökumətlərin fiziki sənəd yerinə elektron təsdiqi qəbul etməsi, başda təhlükəsizlik olmaqla, bir neçə səbəbdən dolayı asan olmayacaq.

“Android R” haqqında demək olar ki, heç bir detal məlum deyil, lakin onun elektron şəxsiyyət vəsiqəsi xüsusiyyətinə sahib olacağı dəqiqləşib.

Ted.az