Anar Həsənov İlin Bankiri mükafatına layiq görülüb | Banco.az

Anar Həsənov İlin Bankiri mükafatına layiq görülüb

Banco.az saytının “İlin ən yaxşıları”nı seçdiyi səsvermə yekunlaşdı. Bu il “İlin Bankiri” nominasiyası üzrə də səsvermə aparıldı. İdarəçilik baxımdan, yenilikçi olan və bankın uğurlar qazanmasında müstəsna rolu olan bank rəhbərləri ilin bankiri nominasiyası üzrə mübarizə apardılar. 9347 nəfərin iştirakı ilə keçən səsvermədə səslərin 27%-i (2565) toplayaraq Anar Həsənov – “İlin bankiri” nominasiyası üzrə qalib oldu.

Yaradıldığı gündən etibarən yüksək keyfiyyətli bank xidmətləri göstərməyə çalışan Accessbank dəqiqlik, şəffaflıq və uğurlu biznes prinsiplərinə əsaslanaraq müştərilərə yeni bank məhsullarını təqdim etməyə çalışır. “İlin Bankiri” seçilən Anar Həsənovun AccessBank-ın etibarlı və dinamik maliyyə təşkilatı kimi müştərilərin tələbatının yüksək səviyyədə ödənilməsi və bankın ən vacib məqsədlərinə nail olmağa kömək etməsi baxımından xidmətləri onun qalib olmasındakı əsas faktorlardır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, A.Həsənov 2018-ci ilin iyun ayından Accessbank-ın İdarə Heyətinin Sədri və Baş Menecer (CEO) vəzifələrində çalışır. O, İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində "Bank işi və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. A.Həsənov həmçinin Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.

Mükafatı Banco.az portalının rəhbəri Fərid İslamov AccessBank-ın İdarə Heyətinin Sədri Anar Həsənova təqdim edib.  

Banco.az saytı olaraq A.Həsənovu təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.