AMB: Azərbaycanda mobil bankçılıqla əməliyyatların dəyəri 2 dəfə artıb | Banco.az

AMB: Azərbaycanda mobil bankçılıqla əməliyyatların dəyəri 2 dəfə artıb

2023-cü ildə Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların dəyəri 2022-ci illə müqayisədə 12 %, mobil bankçılıqla əməliyyatların dəyəri isə 2 dəfə çox olub.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.

"Cari hesablar üzərindən aparılan əməliyyatlarda kağız formatda təqdim olunan ödəniş sənədləri kifayət qədər azalıb. Elektron ödənişlərin xüsusi çəkisi 80 %-i keçib. İnternet və mobil bankçılıq xidmətləri kifayət qədər inkişaf edib", - deyə o qeyd edib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram