Almaniyadakı şirkətlərin ixracat proqnozları pisləşib | Banco.az

Almaniyadakı şirkətlərin ixracat proqnozları pisləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada şirkətlərin ixrac proqnozları oktyabrda ardıcıl beşinci aydır ki, pisləşib.

Banco.az xəbər verir ki, İqtisadi Tədqiqatlar İnstitutu (Ifo) Almaniyanın oktyabr ayı ixrac proqnozları sorğusunun nəticələrini açıqlayıb.

Buna görə, Almaniyada sentyabr ayında mənfi 6,5 punkt olan Sənaye İxrac Proqnoz İndeksi oktyabrda 0,2 bənd azalaraq mənfi 6,7 punkt olub.

Beləliklə, indeks beşinci ayda enişini davam etdirərkən, 2024-cü ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb.

Həmçinin qeyd edək ki, Almaniyanın ixracatı yanvar-avqust dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq 1 trilyon 61 milyard avroya düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya iqtisadiyyatının hazırda tənəzzül astanasında olmasının səbəblərindən biri kimi zəif xarici ticarət göstərilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram