Almaniyada biznes perspektivləri yaxşılaşır | Banco.az

Almaniyada biznes perspektivləri yaxşılaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada biznes mühiti indeksi oktyabrda 85,4 punktdan 86,5 punkta yüksəlib.

Banco.az xəbər verir ki, baş ofisi Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu ((İFO) oktyabr ayı üzrə Almaniya Biznes Sorğusunun nəticələrini açıqlayıb.

Nəticələrə görə, biznes mühiti indeksi oktyabr ayında 85,4 punktdan 86,5 punkta yüksəlib.

İqtisadçıların proqnozu 85,6 punkta işarə edirdi.

Digər tərəfdən, proqnozlar indeksi 86,4 punktdan 87,3 punkta yüksəlib. Cari şərtlər indeksi 84,4 punktdan 85,7 punkta çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avropanın ən böyük iqtisadiyyatında əhval-ruhiyyə hələ də zəif olsa da, ən azı müəyyən sabitlik əlamətləri müşahidə olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram