Almaniyada avtomobil satışları 6 ayda 5 faizə yaxın azalıb | Banco.az

Almaniyada avtomobil satışları 6 ayda 5 faizə yaxın azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada avtomobil satışları 6 ayda 4,7 faiz azalıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkənin avtomobil sənayesinin ilin ilk yarısı üçün satış və ixrac məlumatlarını açıqlayıb.

Məlumatlara görə, alman avtomobil sənayesinin satışları ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 269,5 milyard avroya geriləyib.

Sözügedən sənaye 2023-cü ilin yanvar-iyun dövründə artan qiymətlərin təsiri ilə 282,6 milyard avroluq rekord nominal satış qeyd edib. 

Xatırladaq ki, 2024-cü ilin ilk yarısındakı azalmaya baxmayaraq, alman avtomobil sənayesi Almaniyada sənaye məhsullarının ümumi satışlarının dörddə birini (25,2 faiz) təşkil edərək ən yüksək satışa malik sektor olmağa davam edib.

Ən sərfəli kredit üçün müraciət et

“Destatis”in açıqlamasında avtomobil sənayesində gəlirlərin azalmasının bütün istehsal sektorlarında özünü göstərdiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et