"AliExpress" haqqında bilməli olduğunuz 7 faktı təqdim edirik.
Bu Çin internet-nəhəngi sayəsində bir çox insanlar məşhurların əşyalarına və geyimlərinə oxşar məhsulları dəfələrlə ucuz qiymətə ala bilirlər. Odur ki, bu online mağaza haqqında bilmədiyiniz faktları təqdim edirik.
“İkiqat keşbək almaq olar”
“AliExpress”də alış-veriş edərkən nəinki keşbək kartından istifadə etmək sərfəlidir, həmçinin xüsusi servislər də əlavə gəlir əldə etməyinizə yardımçı olacaq. Misal olaraq “LetyShops”, “Kopikot”, “Megabonus” servislərini göstərmək olar. Misal olaraq siz 20 manata idman ayaqqabısı alırsız. Bu zaman siz 2%-lik keşbək kartından və aldığınız məhsulun 5%-ni geri qaytaran xidmətdən istifadə edirsiz. Bu zaman sizin balansınıza 1,75 manat geri qayıdacaq. Lakin bəzi balansa pul qaytaran xidmətlər müəyyən tələblər qoyurlar. Misal olaraq ya keşbək olan vəsaiti dərhal nağdlaşdırmalısız , ya da həmin vəsait müəyyən məbləğə çatdıqdan sonra nağlaşdırıla bilərsiz.
“Məhsulların qiymət dinamikasını izləmək olar”
Satılan məhsulların qiymətini süni olaraq artırırlar, sonra isə dramatik şəkildə endirirlər. Bu demək olarki, nəinki Çində, həmçinin digər ölkələrdə də belədir. Odur ki, süni endirimlərə düşməmək üçün malların qiymət dinamikasını izləmək lazımdır. Belə xüsusiyyət bir çox seçənəklərdə var. Bunlardan biri də “LetyShops “dır. Bunun mənfi cəhəti tez-tez məhsula keşbəkin olmasını xatırlatmasıdır. Odur ki, seçənəkdən istifadədən sonra onu deaktiv etməyi unutmayın.
“Məşhurların geyimləri kimi paltarlar almaq"
“AliExpress” mobil tətbiqində məhsulu fotosuna görə, axtarmaq opsiyası var. Misal olaraq hər hansı məşhurun tv-dən fotosunu çəkə bilər və ya küçədə kiminsə geyimini bəyənə, və fotosunu çəkə bilərsiz. Bundan sonra bu fotonu “AliExpress”in ixtiyarına verməklə həmin geyimdən online platformada tapa bilərsiz.
Misal olaraq biz burada şahzadə Harri və Meqan Markılın fotosu üzərində sınaqdan keçirmişik. Bu şəxslərin dəbdəbəli geyimi “AliExpress”də şəkildə göstərilən qiymətə tapılıb.
“Online mağazada dəyəri 1 ABŞ sentindən də aşağı olan məhsullar var”
“AliExpress”də dəyəri 1 sentdən aşağı olan çoxlu sayda məhsullar satılır. Misal olaraq smartfonlar üçün qoruyucu “plyönka”lar, oyuncaqlar, qolbaqlar və başqa məhsullar.
Əsasən məhsulun belə ucuz olması topdan alış və ya çatdırılma xidməti ödənilən zaman edilir. Ancaq bu yalnız ucuz malların online mağazası deyil, həmçinin “AliExpress”dən bahalı mallar da almaq olar. Misal olaraq timsah dərisindən partmane, əl işi olan bahalı don, mebel, xəz dəri və s.
“Bəzi aldığınız mallara görə, həbsxanaya atıla bilərsiz “
“AliExpress”dən aldığınız bəzi məhsullara görə, həbs edilə bilərsiz. Misal olaraq Rusiya qanunlarına görə, kəşfiyyat texnikası almaq olmaz. Misal olaraq bura daxildir. Videokamerası olan qələm və ya lampa, səs yazan qurğusu olan yaddaş kartı, və bəzi GPS trekləri almaq olmaz. Bu cür məhsulların alınmasına görə, Rusiyada 200 min rubl və ya 4 il azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər.
Bundan başqa özündə şifrələnmə ehtiva edən bütün məhsullar da Rusiya gətirildikdə sertifikatlaşdırılmalıdır. Məhsulun sertifikatlaşdırılması barədə məlumatı isə xüsusi reysterdən öyrənmək olar.
“Sizin linkdən alınan məhsullara görə, pul qazana bilərsiz”
Məhsuldan gəlir əldə etmək üçün vacib deyil ki, satıcı olasız. Məhsul barədə linki paylaşmaqla da qazanc əldə edə bilərsiz. Əgər paylaşdığınız linkdən məhsul alınarsa o zaman buna görə, müəyən məbləğdə vəsait almış olacaqsız.
Qaydalar isə aşğıdakı kimidir:
Mobil tətbiqə daxil olursuz. Əsasən bu menyu bölməsindən olur. Məhsulun növünü seçirsiz və paylaşırsız. Bundan sonra satılan hər məhsula görə, qazanc əldə edirsiz.
Satılan məhsullardan komissiya sizin hesaba daxil olacaq. Hələki gələn komissiyaları yalnız internet mağaza daxilində xərcləmək ümükündür. Amma gələcəkdə pulların bank kartlarına da köçürülmə imkanlarının olacağı bildirilir.
“O yeganə deyil”
Əgər siz nəyisə “AliExpress”də tapa bilmirsizsə və ya sizi artıq bezdiribsə, o zaman digrə online mağazalara da “başvura” bilərsiz. Misal olaraq “Ebay”, “Taobao”, “Dx” və s. Bundan başqa bir çox brend onlina mağazalara(Macy’s, Asos, 6pm) var.
fed.az