Müəllif:Ayşən İmanova/Banco.az
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə edərək Ukraynaya beynəlxalq kredit üçün təxminən 18 milyard avro ayırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner Nyu-Yorka səfəri zamanı deyib.
“Bu həftə biz Ukraynaya dəstək istiqamətində irəliləyişin astanasındayıq”, - nazir bildirib.
Eyni zamanda o, ABŞ-nin maliyyə naziri Canet Yellenin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya kreditin Amerika hissəsinin 20 milyard dollar təşkil edəcəyi barədə bəyanatını yüksək qiymətləndirib.
"Bu, həm də Avropa İttifaqından 18 milyard avro məbləğində dəstək üçün yol açır", - Lindner vurğulayıb.