Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı bankımıza məxsus olan və müddəti cari ilin mart, aprel və may aylarında başa çatan ödəniş kartlarının istifadə müddəti 31.07.2020-ci il tarixinədək uzadılmış və müştərilərin banka gələrək kartlarının müddətinin uzadılmasına ehtiyac qalmamışdır.
Qeyd olunan dövr ərzində vaxtı uzadılmış kartlar vasitəsi ilə nağdlaşdırma, nağdsız alış-veriş əməliyyatların və onlayn sifarişlərin yalnız ölkə daxilində həyata keçirlməsi mümkün olacaq. Ölkəxarici əməliyyatların aparılması üçün müştərilər banka gələrək kartların müddətini uzada bilərlər.
Bir önəmli məsələni də nəzərinizə çatdırmaq istərdik ki 1 aprel tarixindən etibarən bank, ipoteka krediti üzrə gecikməsi olan müştərilərin əsas məbləğinə cərimə faizlərinin hesablanmasını dayandırır.
Bu o deməkdir ki, Müştəri ipoteka kreditinin məbləğini vaxtında ödəmədiyi halda (gələcəkdə ödəmək şərti ilə) Bank tərəfindən ona heç bir cərimə tətbiq olunmayacaq.