AFB Bank Müştəri Xidmətləri Departamentində Mütəxəssis və Baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə: Mütəxəssis, Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı, Sumqayıt, Gəncə və Qəbələ şəhərləri
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- • Ali iqtisadi təhsil;
- • Yaş həddi 22 – 32;
- • Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
- • MS Excel və MS Word proqramları üzrə baza biliklər;
- • İqtisadiyyat və maliyyə istiqaməti üzrə nəzəri biliklər;
- • Analitik düşüncə qabiliyyəti;
- • Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar;
- • İş təcrübəsi arzuolunandır.
İŞİN TƏSVİRİ:
- • Kredit Sifarişlərinin qəbul olunması;
- • Müştərilərə kredit məhsulları barədə məlumatların verilməsi;
- • Kreditlərin rəsmiləşdirilməsi;
- • Fiziki və Hüquqi şəxslərə bank xidmətlərinin göstərilməsi;
- • Ödəniş kartlarının sifariş edilməsi;
- • Müştərilərin cəlb edilməsi;
- • Müştəri xidmətləri üzrə aylıq/illik plan və tapşırıqların yerinə yetirilməsi.
Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “MXD mütəxəssis, baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.