Addım-addım milyarderliyə doğru | Banco.az

Addım-addım milyarderliyə doğru

Hal-hazırda pul vəsaitlərinin böyük bir qismi milyonçuların və milyarderlərin əlində cəmlənib. Bəs bu prosesin səbəbi nədir və insan öz həyatını müsbət istiqamətdə dəyişmək üçün nə edə bilər? Robert Kiyosaki pul axını kvadrantı barədə məlumat verir. Bu məlumat bəlkə də sizə müəyyən mənada kömək edə bilər. Lakin yalnız köklü dəyişikliklər sizə arzu etdiyiniz uğuru qazandıra bilər. Əbəs yerə demirlər ki, "həyatında dəyişiklik etmək istəyirsənsə, ilk növbədə, özündən başla". İnsan özü necədirsə, həyatı da o formada qarşılayır və yaşayır.

Aşağıda qeyd olunan 6 sirr dəfələrlə sınaqdan keçirilmiş və hər dəfəsində də uğurlu nəticələr vermişdir:

Sirr №1: Milyarder kimi düşünün.

1. Əgər həyatda hər hansı bir məqsədə nail olmaq istəyirsinizsə, ilk növbədə, bu məqsədi beyninizdə təsdiqləyin və ona doğru getdiyinizi düşünün. Yəni, hər şey təsəvvürdən başlayır. Əgər siz özünüzü milyarder kimi təsəvvür etmirsinizsə, o zaman heç vaxt o zirvəyə yüksələ bilməzsiniz.

2. Unutmayın ki, insan düşündüyü qədər insandır. Heç kəs öz düşüncə səviyyəsindən kənara çıxacaq qədər mükəmməl deyil.

3. Yoxsul insanlara məxsus düşüncələrlə yaşamaqdan əl çəkin.

4. Milyarder kimi düşünməyə başlamaqla insan öz düşüncə tərzinin dəyişdiyini göstərir. Unutmayın ki, hər bir dəyişikliyin arxasında böyük əmək və səy durur.

5. Milyarderlər yalnız onlara uğur gətirən işlərlə məşğul olurlar.

6. Milyarderlər həm evdə, həm də iş yerində əşyalarının və işlərinin qaydada olmasına diqqət göstərirlər.

7. Zəngin insanlar biznes və düşüncə tərzi ilə bağlı məlumatların yer aldığı dəyərli kitab və jurnallar oxumağa üstünlük verirlər.

8. Mütləq sizi işə həvəsləndirən iş yeriniz olmalıdır.

Sirr №2: Öz idealınızı tapın.

1. Gələcəkdə var-dövlət sahibi olmaq üçün imkanlı insanlarla ünsiyyət saxlamaq lazımdır. Ən sadə üsul isə artıq milyarder olmuş bir insanı ideal seçmək və bu məsələnin sirrlərini ondan öyrənməkdir.

2. Özünüz üçün "milyarder idealı" seçərkən məsuliyyəti seçim etməyə çalışın. Unutmayın ki, sizin ideal kimi seçdiyiniz insanın bu sahədə sizə öyrədəcəyi çox şey olmalıdır.

3. Əsas qaydanı unutmayın: "Bu sahədə müəllim sizə lazımdır, siz ona yox".

4. Əgər siz milyarderlə qarşılaşmaq xoşbəxtliyinə nail ola bilmişsinizsə, o zaman onun dediyi hər sözü ağlınızda tutmağa çalışın.

5. Hər sahədə özünüz üçün bir ideal seçin.

6. Kitablar oxuyun və görkəmli insanların treninqlərini izləyin.

Sirr №3: Həyat prinsiplərini unutma!

1. Səninlə necə rəftar etməklərini istərdinsə, sən də insanlara qarşı elə davran.

2. Uğura nail olmaq üçün sən olmaq istədiyin insan olmalı və yalnız sənə həyat sevinci bəxş edən işlər ilə məşğul olmalısan.

3. İnsan özü məğlubiyyətini qəbul etməyincə, onu məğlub etmək mümkün deyil. Məğlubiyyətlə barışmayın.

4. Uğursuzluq və məğlubiyyət – sizin ən yaxşı dostlarınızdır. Onlardan dərs alın.

Ən sərfəli kredit üçün müraciət et

5. Əgər sən heç zaman sahib olmadığın uğura müvəffəq olmaq istəyirsənsə, heç zaman etmədiyin işlərə başlamalısan.

6. Kömək istəməkdən çəkinmə.

7. Milyarder olmaq istəyisənsə, milyarder kimi geyin.

8. Dostlarından borca pul alma.

Sirr №4: Ən ülvi arzunuzu göz önündə saxlayın. Onu bir yerə yazıb, hər gün oxuyun.

1. Arzu – hər bir milyarder ilk növbədə arzulayıb.

2. Arzu o zaman gerçəkləşə bilər ki, siz hər gün, müntəzəm şəkildə ona doğru heç olmasa kiçik bir addım atasınız.

3. Arzu sizi ruhlandırmalı və onun gerçəkləşdirilməsi üçün təkan verməlidir. Siz arzunuza can atmalısınız.

4. Bir zaman gələcək və siz yoxsulluq ilə risk arasında seçim etməli olacaqsınız. Düzgün seçim etmək şansınızı qaçırmayın.

5. Demək olar ki, bütün milyarderlər zəngin olmaqdan öncə bir neçə dəfə iflas olub, əllərindəki hər şeyi itiriblər. Bu, normal haldır, vacib olan dərs çıxarmaq və eyni palçığa iki dəfə girməməkdir.

6. Yalnız sizi arzunuza yaxınlaşdıran işlər ilə məşğul olun.

Sirr №5: Diqqətinizi cəmləyin (özünüzü fokuslaşdırın).

1. Bütün bədbəxtliklərin başlanğıcı yetərincə fokus olmamaqdadır.

2. Sizə məmnuniyyət hissi bəxş edən və zövq yaşadan istiqamət üzrə özünüzü inkişaf etdirin.

3. Hər bir milyarder məhz hansısa bir işi digərlərindən daha yaxşı görə bilir.

4. Diqqətini bir yerdə cəmləməyənə qədər sən elə yerindəcə addımlayaraq qalacaqsan.

5. Özünü bütünlüklə məhz bu işə həsr elə, öz sahəndə ekspert ol.

6. Hər gün seçim etmək məcburiyyətində qalırıq. Heç kəs sizi bu seçimə görə mühakimə edə və ya sizə nifrət edə bilməz. Əsas odur ki, bu sizin qərarınızdır və tamamı ilə sizin istəyinizi əhatə edir.

Sirr №6: Düzgün hədəflər qoyuruq.

1. Hədəf düzgün istiqamətdə getməyə kömək edir.

2. Hər gün özünüzə hədəflər təyin edin.

3. Prioritetlər ardıcıllığı müəyyən edin. Bu, hədəflərə nail olmağı asanlaşdırır (Bu gün etmək zəruridir, sabaha qədər gözləmək olar, digər tamamlayıcı tapşırıqlar).

4. İllik, aylıq, həftəlik və günlük hədəflər müəyyən edin.

5. Hədəf real və gerçəkləşdirilməsi mümkün olmalıdır.

6. Hədəfin başlama və icraat müddəti olmalıdır.

7. Hədəflərinizi görünən yerdə yazın.

8. Özünüzə çox az miqdarda hədəf təyin etməyin, lakin 5-ci maddəni də unutmayın. 

Sevinc İbadova & Könül Soltanova/Banco.az