AccessBank ASC 2017-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Belə ki, sözügedən dövrdə bankın cəmi aktivləri 872,635 mln. manat təşkil edib. Öhdəlikləri isə 807,266 mln. manat həcmində olub.
Bankın kredit portfeli 507,163 mln. manat, depozit portfeli isə ilin ilk rübü ilə müqayisədə 4%, 2016-cı ilin yekunu ilə müqayisədə 10% artaraq 313,463 mln. manat olub.
2017-ci ilin 30 iyununa bankın cəmi kapitalı 65,369 mln. manat təşkil edib.
Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına isə 26,086 mln. manat ayırıb.