ABŞ-ın xarici ticarət kəsiri 2 ilin pik həddinə çatıb | Banco.az

ABŞ-ın xarici ticarət kəsiri 2 ilin pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayında ABŞ-ın xarici ticarət kəsiri artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi aprel ayına dair xarici ticarət məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkənin xarici ticarət kəsiri aprel ayında əvvəlki aya nəzərən 8,7 faiz artaraq 74,6 milyard dollara çatıb.

Ölkənin ixracı aprel ayında 0,8 faiz artaraq 263,7 milyard dollara, idxalı isə 2,4 faiz artaraq 338,2 milyard dollara çatıb.

Bazarların proqnozu bu dövrdə xarici ticarət kəsirinin 76,2 milyard dollar olacağı istiqamətində idi.

Bu dövrdə 2022-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə çatan ABŞ-ın xarici ticarət kəsiri mart ayında 68,6 milyard dollar təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABŞ-ın münasibətlərinin həssas olduğu Çinə qarşı xarici ticarət kəsiri isə sözügedən dövrdə azalıb. Ölkənin Çin ilə ticarət kəsiri aprel ayında əvvəlki aya görə təxminən 10 faiz azalaraq 22,1 milyard dollara geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et