ABŞ-da istehlak kreditləri gözləniləndən az artım göstərib | Banco.az

ABŞ-da istehlak kreditləri gözləniləndən az artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlak kreditlərinin həcmi aprel ayında 6,4 milyard dollar artıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) aprel ayı üzrə istehlak kreditləri məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə istehlak kreditləri aprel ayında əvvəlki ayla müqayisədə 6,4 milyard dollar artaraq 5 trilyon 53,3 milyard dollara çatıb.

Ekspertlər sözügedən dövrdə istehlak kreditlərinin 9,3 milyard dollar artacağını düşünürdülər. Mart ayında isə istehlak kreditləri 1,1 milyard dollar azalmışdı.

Bu dövrdə kredit kartı və oxşar kreditlər aylıq təxminən 500 milyon dollar azalsa da, mənzil, avtomobil və tələbə kreditləri kimi kreditlər 6,8 milyard dollar artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, istehlak kreditləri aprel ayında illik müqayisədə isə 1,5 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et