ABŞ-da inflyasiya proqnozları üstələyib | Banco.az

ABŞ-da inflyasiya proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED-in pul siyasəti üçün kritik məlumatlardan biri olan inflyasiya məlumatları açıqlanıb.

Banco.az xəbər verir ki, ABŞ-da istehlak qiymətləri sentyabr ayında əvvəlki ayla müqayisədə 0,2 faiz artıb.

İllik müqayisədə isə inflyasiyanın sentyabr ayında 2,4 faiz səviyyəsinə gerilədiyi qeydə alınıb.

“Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların proqnozları aylıq 0,1 faiz artım istiqamətində idi. İllik inflyasiya üçün proqnoz isə 2,3 faiz təyin olunmuşdu.

Xatırladaq ki, avqustda aylıq inflyasiya 0,2 faiz olduğu halda, illik inflyasiya 2,5 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Ərzaq və enerji istisna olmaqla, istehlak qiymətləri sentyabr ayında aylıq 0,3 faiz artaraq bazarın 0,2 faizlik proqnozunu üstələyib. Bu baxımdan illik artım isə 3,3 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram