9:00-18:00 iş vaxtı anlayışı həyatımızdan çıxacaq | Banco.az

9:00-18:00 iş vaxtı anlayışı həyatımızdan çıxacaq

20 ildə həyatımıza daxil olacaq 20 yeni texnologiya

XXI əsrin ilk 20 ilini geridə qoyduq. Bu müddət ərzində həyatımıza bir çox yeni texnologiya daxil oldu. Bəs önümüzdəki 20 il ərzində hansı dəyişikliklərə şahid olacağıq?

20 il ərzində texnologiya, iqtisadiyyat və tibb sahəsində həyatımıza daxil olacaq 20 yeniliyi təqdim edirik.

Son aylarda Google ən sürətli superkompüterlərin 10 min ildə edəcəyi əməliyyatları 200 saniyədə tamamlaya bilən kvanta hakim kompüter hazırladıqlarını açıqlayıb.

Kvant kompüterlərinin həyatımıza daxil olması bir çox sahəyə dərin təsir edəcək. Məsələn, təcrübə aparmaq əvəzinə dərman bu cihazlarla dizayn olunacaq və bu da tədqiqata çox böyük təsir göstərəcək.

Növbəti 20 ildə sürücüsüz avtomobillər həyatımızın daimi bir hissəsi olacaq. Hətta bir çox insanlar maşın almaqdansa, elektrik skuterləri və velosipedləri üstün tutacaqlar

2040-cı ilə qədər sağlamlığımıza yanaşmamız reaktiv olaraq profilaktikaya keçəcək. Sensorlar ilə vücudumuz dərhal müşahidə ediləcək və bəzi hallarda xəstəlik meydana çıxmazdan əvvəl aşkarlanaraq qarşısı alınacaq.

Bir çox kosmik agentliklər və özəl şirkətlər Mars üçün layihələr hazırlayır. Önümüzdəki 20 ildə ilk insanın Qırmızı Planetə ayaq basacağı düşünülür.

Yavaş-yavaş olsa da, enerji istehsalında adi metodlardan imtina etməyə başlamışıq. Mütəxəssislər bərpa olunan enerjinin payının gələcək 20 il ərzində əhəmiyyətli dərəcədə artacağını deyirlər.

Texnologiya və sağlamlıq sahəsindəki inkişaf nəticəsində, insanların 150 il yaşaması adi hadisə olacaq.

Süni intellekt son zamanlarda adını eşitməyə öyrəşdiyimiz bir mövzudur. Süni intellekt bir çox şeyi dəyişəcək. Bunlardan biri də kinodur. Futuristlər süni intellekt tərəfindən yazılmış ssenarinin 20 il ərzində Oskar qazana biləcəyini iddia edirlər.

Artan dünya əhalisi kənd təsərrüfatında daha səmərəli metodlar tapmağı tələb edir. Bu problemin həlli əşyaların internet (loT) göstərilir. Mütəxəssislər gələcəkdə əkinçilikdə IoT və robotların aktiv rol oynayacağını bildirirlər.

Sənayelər arasındakı sərhədlərin “əridiyi” bazarı tənzimləmək üçün təşkilatın fəaliyyətinə və əldə etdikləri nəticələrə əsaslanan qanunlar hazırlayacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Gələcəkdə günümüzün təhsil sisteminin də dəyişməsi gözləniləndir. Mütəxəssislər müddətli təhsil sisteminin yerini ömürlük təhsil modelinin alacağını söyləyirlər.

Qarşıdakı 20 il ərzində avatar robotlarının populyarlaşacağını və insan şüurunun rəqəmsal mühitə köçürülməsinin mümkün olacağı düşünülür.

Bitcoin bir zaman 20 min dollarlıq qrupu test etməsinə görə məşhur olmuşdu. Bitcoin bu gün istənilən sıçrayışı edə bilməsə də, gələcəkdə dövlətlərin zəifləyəcəyi və rəqəmsal valyutaların dəyərinin artacağı bildirilir.

İnkişaf edən texnologiya həyatımızı kökündən dəyişdirəcək. Həmçinin maddi imkanlara görə bu texnologiyaları əldə edə bilməyənlər də olacaq. Cəmiyyət texnologiyalara sahib olan və olmayanlar olaraq ikiyə ayrılacaq.

Futuristlərin təklif etdiyi başqa bir yenilik isə texnoloji inkişaflar səbəbindən “iş vaxtı” anlayışının ortadan qalxmasıdır. Ağıllı cihazlarımız sayəsində insanlara, o cümlədən işimizə əvvəlkindən daha yaxın olacağıq. Ona görə də 9:00-18:00 kimi iş vaxtı qrafiki anlayışı həyatımızdan çıxacaq. Bunun əvəzinə isə gün boyu az-az işləyəcəyik.

İqtisadiyyat modelinin 20 ildən sonra dəyişəcəyi gözlənilir. Yeni modeldə məhsulun dəyəri təkrar istifadədən əvvəl də aşkar ediləcək.

Avtomatlaşdırmanın həyatımıza daxil olması bir çox sektorda işsizliyə səbəb olacaq. Bu vəziyyətlə mübarizə üçün universal gəlir sistemi bir çox ölkə tərəfindən tətbiq ediləcək.

Genetik mühəndislik və texnologiya sahəsindəki inkişaflar “super insanın” doğulmasına səbəb olacaq. Doğulmamışdan əvvəl insanlar üzərində dəyişiklik edə və yeni nəsillərin genetik çatışmazlıqlarını aradan qaldırmaq mümükün olacaq.

Qlobal istiləşmə və iqlim dəyişikliyi tez-tez müzakirə etdiyimiz mövzular arasındadır. Mütəxəssislər radikal nəticələrə səbəb olan iqlim dəyişikliyi nəticəsində sərt qaydaların həyatımıza daxil olacağını söyləyirlər.

İndi pul köçürmələri əsasən rəqəmsal sistemlər vasitəsilə həyata keçirilir. Bu köçürmələr edilərkən son 20 ildə ölkələr arasındakı sərhədlər demək olar ki, yox oldu. Mütəxəssislər gələcəkdə bu sərhədlərin tamamilə çıxarılacağını söyləyirlər. Bunun qlobal bir ödəmə sistemi ilə həyata keçiriləcəyi bildirilir.

Ted.az