Gəncədə kafelərin birində külli miqdarda saxta manat tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Kəpəz rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat zamanı dekabrın 10-da narkotik vasitə və qanunsuz odlu silah gəzdirdiyinə görə tutulmuş Arif Adıgözəlov tutulub.
Onun işlədiyi kafeyə baxış keçirilib. Baxış zamanı 40 ədəd 100 manatlıq, 900 ədəd 50 manatlıq, 136 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əskinaslar aşkar edilib.
Ümumilikdə 52 min manat götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
anspress.com