Oktyabr ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə 3,7 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.
2014-cü ilin oktyabr ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2,813 sığorta tələbi üzrə 3,759,928 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
Cəmi |
|||||
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
2,598 |
3,287,556 |
96 |
152,622 |
75 |
107,750 |
44 |
212,000 |
2,813 |
3,759,928 |
2014-cü ilin yanvar-oktyabr ayları ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən ümumilikdə 23,1 milyon manat sığorta ödənişi həyata keçirilmişdir.
İcbari Sığorta Bürosu oktyabr ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə 7 kompensasiya tələbi üzrə 31,500 manat, yanvar-oktyabr ayları ərzində isə 63 kompensasiya tələbi üzrə 212,876 manat məbləğində kompensasiya ödənişi həyata keçirmişdir.
Həmçinin 2014-cü ilin yanvar-oktyabr ayları ərzində Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2013-cü il iyul ayının 20-dən etibarən informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilən daşınmaz əmlakın icbari sığorta müqavilələri üzrə 262 sığorta tələbi qeydiyyta alınmış və 599 min manata yaxın sığorta ödənəşi həyata keçirilmişdir. Həyata keçirilən sığorta ödənişlərinin 57,8%-i yaşayış evləri və mənzillər, 42,2%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur.