30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan qadınlar | Banco.az

30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan qadınlar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Təəssüflər olsun ki, bir çox insan özünü tanımadan və öz potensialını düzgün dəyərləndirmədən karyera seçimi edir və həyatını bu seçimə görə davam etdirir. İnsan bəzən seçiminin doğru olmadığını bilsə də, bu qərardan dönmək elə də asan olmur. Odur ki, siz də artıq ixtisasınızı dəyişmək, fərqli sahədə karyera qurmaq üçün gec olduğunu düşünə bilərsiniz. Lakin yaşları çox olsa belə, seçimlərini dəyişib karyeralarını yenidən quran insanların sayı az deyildir.

1. Julia Child

Tanınmış baş aşpaz olan Julia Child ilk yemək reseptləri kitabını yazdığı zaman 50 yaşında idi. Daha əvvəl isə media və reklam sahələrində işləmişdi.

2. Vera Wang

Vera Wang 40 yaşında moda sektoruna daxil olmazdan əvvəl jurnalist idi. Bu gün isə dünyanın ən tanınmış qadın modelyerlərindən biridir.

3. Sara Blakely

Ən sərfəli kredit üçün müraciət et

“Spanx”ın qurucusu milyarder Sara Blakely 2000–ci ildə 30 yaşında uğur qazanıb. Daha əvvəl isə 7 il boyunca qapı-qapı gəzərək ofis ləvazimatları satıb.

4. Grandma Moses

Moses nənə olaraq tanınan Anna Mary Robertson Moses rəssamlıq karyerasına 78 yaşı olanda başlayıb. 2006–cı ildə rəsm əsərlərindən biri 1.2 milyon dollara satılıb. Daha əvvəl isə o, ferma işçisi idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram