“Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 28 noyabr 2014-cü il tarixdə bərpa edilmişdir.
Lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halın aradan qaldırılmasını, yəni məcmu kapitalını qanunvericiliklə müəyyən olunmuş sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğunlaşdırılmasını təmin etməsi ilə əlaqədar, “Başak-İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 28 noyabr 2014-cü il tarixdə bərpa edilmişdir.