2019-cu ildə internetdə ən çox axtarılan söz hansıdır? – İlin sözü seçildi | Banco.az

2019-cu ildə internetdə ən çox axtarılan söz hansıdır? – İlin sözü seçildi

"Dictionary.com" saytı mövcudluq, varolma mənalarını verən "eksistential" (existential) sözünü “2019-cu ilin sözü” seçib.

Məlumata görə, “existential” uzun sürən böhranlar, ciddi təhdidlər, əhəmiyyətli ictimai-siyasi hadisələrlə bağlı internet lüğətində ən çox axtarılan söz olub.

Amerika Birləşmiş Ştatlarının eks vitse-prezidenti Cozef Baydenin hazırkı prezident Donald Trampı “existential threat”, yəni mövcud təhdid adlandırması internet-platformada bu sözün istifadəsini artırıb.

Ən sərfəli kredit üçün müraciət et

“Existential” sözünün Honkonq etirazları, Fransanın paytaxtı Parisdəki Notr-Dam yanğını, Dorian qasırğası və ABŞ-Çin böhranı ilə bağlı yazılarda axtarılma və istifadəsi çoxalıb.

Martın 15-də Yeni Zelandiyanın Christchurch şəhərində cümə namazı zamanı 2 məscidə edilən silahlı hücum nəticəsində 51 adamın həyatını itirməsi də bu sözün internet-lüğətdə axtarılma nisbətini yüksəldib.

Xatırladaq ki, “2018-ci ilin sözü” isə səhv məlumat mənasını verən "misinformation" idi.

Ted.az