Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.
KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir.
Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi.
Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, kapital adekvatlığı əmsalı 10%-ə, leverec əmsalı 5%-ə endirilmişdir.
Banco.az olaraq 2018-ci ilin birinci rüb göstəricilərinə əsasən bankların kapital adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirdik:
Banklar |
Kapital adekvatlığı |
|
Bank Avrasiya |
63,38% |
|
Günay Bank |
36,75% |
|
Bank VTB |
35,39% |
|
Rabitəbank |
32% |
|
Nikoil Bank |
29,62% |
|
AzərTürkBank |
28,57% |
|
NBC Bank |
28,6% |
|
Express Bank |
28% |
|
AFB Bank |
27,7% |
|
Ziraat Bank |
26,72% |
|
Bank BTB |
26,14% |
|
YapıKrediBank |
24,5% |
|
Bank Silkway |
21,09% |
|
Azərbaycan Beynəlxalq Bankı |
20,54% |
|
ASB Bank |
18,68% |
|
TuranBank |
17,7% |
|
Xalq Bank |
17,01% |
|
AmrahBank |
16,01% |
|
Muğan Bank |
15% |
|
Paşa Bank |
13,7% |
|
AtaBank |
13,57% |
|
Unibank |
13,56% |
|
Kapital Bank |
13,45% |
|
Bank Respublika |
12,01% |
|
Bank of Baku |
7,11% |
|
AG Bank |
6,92% |
|
AccessBank |
4,72% |
Qeyd: Muğan Bankın kapital adekvatlığı hesabatında göstərilməmişdir.
Xəzər Aslanov. Banco.az