Forbes jurnalı – sığortaçıların məlumatları əsasında ən çox qaçırılan - oğurlanan avtomobillərin adını açıqlayıb. Söhbət Rusiya ərazisində 2016-ci il 1 Oktyabr və 2017-ci il 1 Oktyabr tarixləri arasında qaçırılan avtomobillərdən gedir və məlumatlar “Alfa Sığorta” şirkəti tərəfindən təqdim olunub. Müştərilər oğurlanan avtomobilləri ilə bağlı zərərin ödənməsi üçün Kasko sığortasına müraciət ediblər. Qaçırılan maşınların reytinqi - ən çox qaçırılan avtomobillərin sayının ümumilikdə qaçırılan maşınların sayına nisbəti ilə müəyyən olunub.
Ötən il birincilik Porsche Panamera avtomobilinə məxsus idi, bu il isə həmin avtomobil heç ilk 10-luğa düşməyib.
Ötən il ərzində ən çox qaçırılan avtomobil modeli premium – krossover Range Rover Evoque olub, qaçırılma tezliyi 1,35%.
İkinci yerdə Yaponiya istehsallı Lexus LX olub – bu avtomobilin qaçırılma aralığı Rusiyada 1,14% olub.
Üçüncü pozisiyada Lexus GX gəlir, oğurlanma cəhdlərinin sayı 0,98% olub.
Dördüncü yerdə isə klasssik Range Rover gəlir, onun oğurlanma tezliyi 0,86% olub.
5-ci yer Toyota Camry - 0,84%, ötən il reytinqdə ikinci idi.
6-cı yer - Land Rover Discovery, 0,82%.
7-ci yer - Land Rover Freelander, 0,61%.
8-ci yer - Jeep Grand Cherokee, 0,59%.
9-cu yer - BMW 7 seriyası, 0,51%.
10-cu yer - Hyundai Tucson, 0,5%