ABŞ-da 17 yaşlı yeniyetmə Məhəmməd İslam məktəbdə, nagar fasilələri zamanı birjada ticarət edərək, 72 milyon dollar qazanıb. Bu barədə The Daily Mail məlumat verir. Əldə edilmiş pula məktəbli artıq, BMW avtomobili alıb. Baxmayaraq ki. Onun hələki sürücülük vəsiqəsi yoxdur. O, həmçinin Nyu-York və Manhettendə müxtəlif mənzillər kirayə edib. Amma onun Benqaliyadan olan mühacir valideynləri yetkinlik yaşına çatmayana qədər bu mənzillərə köçməyə ona icazə verməyəcək.
Birjada oynamağa isə o, 9 yaşında başlayıb. Gələn il o dostları ilə birlikdə xec-fond işə salmağı düşünür, bu ona broker-diler lisenziyası almağa kömək edəcək. 2015-ci ildə gənclər gəlirlərinin 1 milyarddan az olmayacağını ehtimal edirlər.
Gəncin instagram profilində isə belə bir şüara rast gəlmək mümkündür.
“Pul nə qədər çox olarsa, problem bir o qədər az olar”.