11 ayda dövlət xətti ilə 436 mln. manatdan çox ipoteka krediti verilib | Banco.az

11 ayda dövlət xətti ilə 436 mln. manatdan çox ipoteka krediti verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin 11 ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 436,7 milyon manat kredit verilib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə Fond tərəfindən yenidən maliyyələşdirilən kreditlərin məbləği isə 452,6 milyon manat təşkil edib. Bu da illik müqayisədə 29,1% artımdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et