PAŞA Bank | Banco.az

PAŞA Bank

 

Call center
*9123

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycanın iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-5 özəl bankları siyahısına daxildir. 30 iyun 2017-ci il tarixinə olan göstəricilərə görə bankın kapitalı 357 milyon AZN-dən artıq, aktivlərinin səviyyəsinə görə isə 3 334 milyon AZN*-dən çox olmuşdur. Aparıcı banklardan biri olan PAŞA Bank davamlı və stabil inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. Rəqəmlərlə bağlı ətraflı məlumatı
"Maliyyə hesabatlar"
 bölməsindən əldə edə bilərsiniz.

PAŞA Bankın baş ofisi Bakıda yerləşir, paytaxtda və ölkənin bölgələrində isə 6 biznes-mərkəz fəaliyyət göstərir. 2013-cü ildən etibarən biz
Gürcüstanda
təmsil olunuruq, 2014-cü ildən –
Türkiyədə
. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradaraq PAŞA Bank beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaratmışdır. Bununla Bank bölgənin üç ölkəsində işgüzar prosesləri birləşdirəcək "Bakı-Tbilisi-İstanbul" fəal ticarət üçbucağı yaratmağı planlaşdırır.

PAŞA Bank dəfələrlə beynəlxalq maliyyə KİV tərəfindən müxtəlif istiqamətlər, o cümlədən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi və s. üzrə Azərbaycan bazarının lideri kimi tanınmışdır. 2011, 2012 və 2013-cü illərdə PAŞA Bank "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxşı investisiya bankı" elan olunub. Həmçinin PAŞA Bank 2013-cü ildə "World Finance"ın versiyası üzrə "Best Private Bank in Azerbaijan" mükafatına və "Europe Banking Awards 2012" çərçivəsində özünün Korporativ Sosial Məsuliyyət Proqramına görə Avropada ən yaxşı bank adına layiq görülüb. Həmçinin dünyanın aparıcı maliyyə institutlarından biri olan Commerzbank AG tərəfindən təsis olunmuş xüsusi mükafat - «Trade Award» - 2014-cü ilin yekunlarına görə ticarətin maliyyələşdirilməsi sahəsində Azərbaycanın ən fəal bankı kimi PAŞA Banka təqdim olunmuşdur. 2014-2015-ci illərdə "EMEA Finance" tərəfindən "Azərbaycanın Ən Yaxşı Bankı" nominasiyasında qalib kimi PAŞA Bank seçilib. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Ən yaxşı bank" mükafatları ilə təltif olunub. 
 
Fəaliyyət göstərdiyimiz müddət ərzində biz ekspert cəmiyyətinin yüksək qiymətlərinə nail olmuşuq. Standard & Poor's tərəfindən PAŞA Banka uzunmüddətli 'BB-' və qısamüddətli 'B', Fitch Ratings tərəfindən isə uzunmüddətli 'B+' və qısamüddətli 'B' kredit reytinqini verilmişdir.
PAŞA Bank bu gün dünyanın 14 dilində danışan 8 milliyəti təmsil edən 500 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Biz Bankın ən iri regional maliyyə təşkilatlarından birinə çevrilməsi üzərində hər gün işləyirik, və artıq bu gün dünya səviyyəli məhsul və xidmətlər təklif edirik. Biz Azərbaycanda iri investisiya holdinqi olan, o cümlədən sığorta, tikinti, tikinti materialların istehsalı, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsiyik. Azərbaycanın ən gənc, eyni zamanda ən iri banklarından biri olaraq, biz daim "əlimizi" maliyyə və texnoloji dəyişikliklərin "nəbzində tuturuq". Bazarın müasir tendensiyaları ilə ayaqlaşmaqla, biz müştərilərimizin üstünlük verdikləri məsələlərdə məmnuniyyətini daha da artırmaq üçün beynəlxalq təcrübəni və ən yeni texnologiyaları inamla mənimsəyirik.

Daha çox
Ünvan Yusif Məmmədəliyev küç. 13 Bakı, AZ1005, Azərbaycan
Telefon (+994 12) 496 50 00, (+994 12) 496 51 00
Filialı 4
Bankomatlar 29
Sayt www.pashabank.az
E-poçt [email protected]
CEO Cavid Quliyev
Rekvizitlər

Tam adı – “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti
Qısaldılmış adı - “PAŞA Bank” ASC
Poçt ünvanı - AZ 1005, Yusif Məmmədəliyev küçəsi, 13, Bakı şəhəri, Azərbaycan

Bankın rekvizitləri:
Kod: 505141
VÖEN: 1700767721
Müxbir hesab №:
AZ82NABZ01350100000000071944 (AZN)
AZ04NABZ01350200000000071840 (USD)
AZ30NABZ01350200000000071954 (EUR)
AZ16NABZ01350200000000019826 (GBP)
SWIFT BIK: PAHAAZ22

Müəllif: Tamara Mustafayeva