PAŞA Bank
Kreditlərin Bərpası üzrə Assistent (Rəqəmsal Kreditlər)
Vakansiya haqqında məlumat:
PAŞA Bank namizədləri Kreditlərin Bərpası üzrə Assistent (Rəqəmsal Kreditlər) vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Qeyri-işlək kreditlərin idarə olunması və bərpası üzrə cavabdehlik. Qeyri-işlək kreditlərin təhlili, təhlil nəticəsində təqibi və restrukturizasiyası. Gəlirlilik və xidmət standartlarının təkmilləşdirilməsi və yüksək səviyyədə icrası;
- Gündəlik işlərin prosedur və metodologiyalara əsasən icrası;
- Maliyyə vəziyyətinin dirçəlməsi və ödənişi gecikdirilən kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədi ilə tədbirlər planlarının hazırlanması, ilkin müzakirəsi, qiymətləndirilməsi və icrası;
- Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması (görüşlər, telefon zəngləri, mesajlar və s. vasitəsilə), müştərilərin davranışlarına nəzarət və onların təhlili. Qeyri-işlək kreditlərin bərpası məqsədi ilə zəruri tədbirlərin icrası (xəbərdarlıq məktublarının göndərilməsi, vizitlər, işin məhkəməyə ötürülməsi və s.);
- Görülən işlərin nəticələri barədə şöbənin səlahiyyətli şəxslərinə hesabatların hazırlanıb verilməsi (yığımla bağlı hesabatlar, statistik təqdimatlar və s.);
- Şöbələr və departamentlər arasında işgüzar münasibətlərin qurulması.
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsi
- Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə biliklərə sahib olmaq
- Xarici dil: ingilis dili (orta), rus dili (orta)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları
- Bazar üzrə biliklər: Bank qanunvericiliyi
- Digər: şifahi və yazılı ünsiyyət bacarıqları, analitik düşüncə və münaqişələrin həll etmə bacarıqları, komanda şəklində effektiv işləmə.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 20.09.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.