Rabitəbank
Korporativ hüquq şöbəsinin rəisi / Rəis müavini
Vakansiya haqqında məlumat:
“Rabitəbank” ASC Hüquq departamentinin Korporativ hüquq şöbəsinin rəisi / Rəis müavini vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Bankın fəaliyyətində qanunvericiliyə riayət olunması, onun hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək;
- Bankın fəaliyyətində meydana çıxan bütün hüquqi məsələlər üzrə rəylərin hazırlanmasını təmin etmək;
- Bankın idarəetmə orqanlarının qərarlarının (əmrlərinin) və digər normativ sənədlərin layihələrin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair rəylərin verilməsini təmin etmək;
- Rəhbərliyin göstərişi əsasında Bankın hüquqi işlərinə aid bütün növ sənədlərin hazırlanması və onların mütəmadi yoxlanılması və yazılmasını təmin etmək;
- Bankın müvafiq struktur bölmələrinə pretenziya işində hüquqi yardımın göstərilməsi, iddia materiallarının hazırlanması, məhkəmə orqanlarına təqdim edilməsinə təşkil edilməsində hüquqi dəstək vermək;
Tələblər
- Ali hüquqi (magistraturanı bitirən şəxslərə üstünlük verilir);
- Hüquq sahəsində iş stajı azı 4 il;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək. İngilis dilini bilən şəxslərə üstünlük verilir;
- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
- Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
- Liderlik və idarəetmə qabiliyyətinə malik olmaq;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı.
- Analitik düşünmə qabiliyyətinə malik olmaq.
Müraciət etmək üçün daxil olun: