Rabitəbank
1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.
Fəaliyyət göstərdiyi 20 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 20 filialdan ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.
Rabitəbankın Strategiyası
- Qısa və uzunmüddətli dövrdə rəqabətqabiliyyətli üstünlüyə malik olmaq üçün vasitələrin seçilməsi
- Bazarın hədəf seqmentlərinin və onlar üçün müvafiq məhsul çeşidlərinin müəyyən olunması
- Bankın daxili imkanlarının və biznes proseslərinin inkişaf etdirilməsi
- Potensial investorlar və kreditorlar üçün bankın cəlbediciliyinin təmin olunması
Rabitəbankın Missiyası
Müştəri yönümlü bank kimi mikro, kiçik və orta biznesə və peşəkarlara müvafiq və aydın məhsullar təqdim etmək və keyfiyyətli xidmət göstərmək.
Rabitəbankın beynəlxalq tərəfdaşları:
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) www.ifc.org
Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun özəl bölməyə sərmayələr yatıran təşkilatlarından biridir. Rabitəbank-ın BMK ilə 1997-ci ildən başlayan əməkdaşlığı mikro, kiçik və orta biznesin kreditləşdirilməsi məqsədilə Banka uzunmüddətli kreditlərin ayrılmasına yönəlib. BMK həmçinin Bankın institusional təkmilləşməsinə yönəlmiş texniki dəstək göstərir.
Bankla BMK arasında 2007-ci ilin martında imzalanmış sonuncu razılaşmaya əsasən, Korporasiya Bankın aksiyalarını almaq hüququna malikdir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) www.ebrd.com
Rabitəbank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 2006-cı ildən əməkdaşlıq edir. EBRD mikro, kiçik və orta sahibkarlığın, habelə ticarətin maliyyələşdirilməsi məqsədilə Banka kredit xətləri ayırmışdır. EBRD Banka kreditlərin anderaytinqi sahəsində texniki yardım göstərir.
İslam İnkişaf Korporasiyası (IDB) www.isdb.org
İslam İnkişaf Korporasiyası Azərbaycan da daxil olmaqla, İslam İnkişaf Konfransının 56 ölkəsi tərəfindən yaradılmış beynəlxalq maliyyə institutudur. Təşkilatın məqsədi üzv ölkələrin iqtisadi inkişafı və sosial tərəqqisidir. Rabitəbank IDB ilə kiçik və orta biznesin maliyyələşdirilməsi
WorldBusiness Capital Inc www.worldbusinesscapital.com
2008-ci ilin 1-ci rübündə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə Rabitəbank və ABŞ-ın WorldBusiness Capital Inc (WBC) investisiya fondu arasında 10 il müddətinə 5 milyon ABŞ dollarlıq kredit xəttinin açılmasına dair müqavilə imzalanmışdır. Kredit xətti xaricdəki ABŞ investisiyalarını sığortalayan Amerika Dövlət Agentliyi (OPIC) dəstəyi ilə ayrılmışdır. 2010-ci ili mart ayında WBC fondu ilə əlavə 5 mln ABŞ dollar məbləğində 10 il müddətinə kreditin alınmasına dair yeni mügavilə imzalanmışdır.
Rabitəbank üzv olduğu təşkilatlar:
- Bakı Banklararası Valyuta Birjası
- Azərbaycan Banklar Assosiasiyası
- SWİFT - 1997-ci ildən prinsipial üzvdür
- Europay International (Master Card) - 1998-ci ildən prinsipial üzvdür
- Western Union -2002-ci ildən prinsipial üzvdür
- VİSA Beynəlxalq ödəmə sistemi - 2007-ci ildən prinsipial üzvdür
- Contact pul köçürmə sistemi - 2008-ci ildən prinsipial üzvdür
- Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu
- Əmanətlərin Sığortalanması Fondu
- ADFİMİ - İslam İnkişaf Bankına üzv dövlətlərdə Maliyyə İnstitutlarının İnkişafı Regional Assosiasiyası
Bank əməliyyatlarının həyata keçirilməsi üçün baş lisenziya
- Bank əməliyyatlarının aparılması üçün lisenziya - 30 iyun 1993-cü il tarixində Azərbaycan Resrublikası Milli Bankı tərəfindən verilib
- Broker fəaliyyətinin həyata keçirilməsi üçün 62 saylı lisenziya - 05 fevral 2004-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 5 il müddətinə verilib
Bank Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 iyun 1993-cü il tarixində verilmiş 136 saylı qeydiyyat Şəhadətnaməsinə malikdir.
Ünvan | Azərbaycan, Bakı şəh., AZ 1010, 28 May küç. 33 |
Telefon | (012) 598 44 88 |
Filialı | 27 |
Bankomatlar | 74 |
Sayt | www.rabitabank.com |
E-poçt | [email protected] |
CEO | Aydın Hüseynov |
VÖEN: | 9900001061 |
Müxbir hesab: | AZ61NABZ01350100000000006944 |
Kod: | 506399 |
SWIFT Bik: | RBTAAZ22 |