PAŞA Bank
Girovların İdarə Edilməsi şöbəsinə Baş Mütəxəssis
Vakansiya haqqında məlumat:
Təsvir
İşiniz nədən ibarətdir?
- Əmlaklara baxış (ehtiyac olduqda) və yekun rəyin verilməsi də daxil olmaqla girovların qiymətləndirilməsinə nəzarət və icra olunması;
- Girov monitorinqinin vaxtında və yüksək keyfiyyətdə aparılması və icrası olunması;
- Şərtlərə nəzarət və icra olunması (kredit verildikdən sonra bank tərəfindən müştəri üçün müəyyənləşdirilən şərtlərin həyata keçirilməsi);
- Girovların sığortalanmasına nəzarət və koordinasiya;
- Girovların qiymətləndirilməsi və monitorinqinin proses və prosedurlarının Bankın Risk siyasətinə uyğun inkişaf etdirilməsi;
- Əmlak bazarı üzrə araşdırmaların həyata keçirilməsi;
- Requlyatorun tələblərə əsasən girov portfelinin idarə olunmasına nəzarət;
- Girov Portfelinin idarə edilməsi ilə bağlı digər məsələlər (SQO, rəhbər tərəfindən verilən tapşırıqların icra olunması. İcarə xərclərinin qiymətləndirilməsi, tikinti xərclərinin hesablanması/yoxlanılması, bankın digər struktur bölmələri tərəfindən verilən qiymətləndirilmə sifarişlərini baxılması və həyata keçirilməsi);
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər:
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
- Tələb olunan iş təcrübəsi: 3 il;
- Lisenziya / Sertifikat: Müxtəlif növ əmlakların qiymətləndirilməsi, BQS, ACCA FA, ACCA FR, ACCA FM, Business Valuation üzrə sertifikatların olmasına üstünlük verilir;
- Xarici dillər: İngilis və ya Rus;
- Kompüter bilikləri: MS Office, Excel, Word və s.
- Bazar üzrə biliklər: Tələb olunur
- Başqa tələblər: Daşınmaz əmlak, avadanlıqlar üzrə texniki biliklər, tikinti, əmlak bazarı, kəmiyyət üzrə araşdırma.
Müraciət etmək üçün daxil olun: