PAŞA Bank
Təşkilati İnkişaf üzrə Kiçik Mütəxəssis
Vakansiya haqqında məlumat:
PAŞA Bank namizədləri Təşkilati İnkişaf üzrə Kiçik Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Kurasiya üzrə fərdi inkişaf ehtiyaclarının müəyyən edilməsi, həmin siyahıya, eləcə də strateji hədəflərə uyğun olaraq funksional, bank miqyasında təlim siyahısının müəyyən edilməsi;
- Fərdi, funksional və bank miqyasında təlim və inkişaf proqramlarının həyata keçirilməsi, illik təlim təqviminin idarə edilməsi (bank miqyasında, funksional və FİP);
- Onlayn Tədris Platformasının idarə edilməsi, təlimlərdə iştirak, məmnuniyyət səviyyəsinin ölçülməsi və hesabtlığı;
- Daxili Təlimçilər Proqramının icrasının təmin edilməsi, prosesin lazım gəldikdə yenilənməsi, icrasına nəzarət edilməsi;
- İnkişaf planına uyğun olaraq yeni təlimçilərin, təlim proqramlarının araşdırılması;
- HiPo və Davamçıların inkişaf planının icrasının həyata keçirilməsi;
- Liderliyin inkişafı ilə bağlı təlim proqramlarına tələbatın araşdırılması, yeni təkliflərin hazırlanması və icrası;
- Orientasiya proqramının planlaşdırılması, izlənməsi, “Buddy” proqramının icrası;
- İşçi bağlılığı və kommunikasiyaları şöbəsi ilə komanda ruhunun formalaşdırılması (teambuilding), tədbirlərinin təşkili və idarə olunması.
Sizdən nə tələb olunur?
- Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
- Tələb olunan iş təcrübəsi: minimum 1-2 il (əsasən təlim və inkişaf istiqaməti)
- Xarici dillər: İngilis (səlis)
- Kompüter bilikləri: Microsoft Office, Power Point
- Digər tələblər: Güclü ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 20.06.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.